<b>Fransa səfiri:</b> “...provokasiyalardan çəkinin”
29 yanvar 2014 11:45 (UTC +04:00)

Fransa səfiri: “...provokasiyalardan çəkinin”

“Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməlidirlər. Bu problemin həllində hər iki tərəf kompromisə getməlidir”.


 

APA-nln xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib.

 

Fransalı diplomat bildirib ki, uzun müddət davam edən bu münaqişənin sülh yolu həll edilməsi üçün tərəflər bütün səylərini səfərbər etməlidir.

 

"Biz ümid edirik ki, məsələ həllini sülh yolu ilə tapacaq. Hər iki ölkənin prezidentlərinin son görüşündən sonra məsələnin sülhdən başqa həll yolunun olmadığı bir daha bəlli oldu. Biz hər iki tərəfi təxribatlardan provokasiyalardan çəkinməyə çağırırıq”, - deyə P. Monye əlavə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378
avatar

Oxşar yazılar