Yanvarın 22-də prezidenti İlham Əliyev Davosda “Swiss Re” şirkətinin beynəlxalq əlaqələr üzrə sədri Martin Parker ilə görüşüb.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, görüşdə Azərbaycanla “Swiss Re” şirkəti arasında əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub.
Ölkəmizdə sığorta bazarının inkişafı, təbii fəlakətlərdən sığortalanma, iqlimin təsiri nəticəsində kənd təsərrüfatı sahəsində baş verəcək hadisələrin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair fikir mübadiləsi aparılıb.