Azərbaycanlı dizayner Rüfət İsmayıl Türkiyədə gənc dizaynerlər arasında keçirilən “Marter Moda 2015” müsabiqəsində münsiflər kürsüsündə əyləşib. Lent.az-ın məlumatına görə, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı dizaynerlə bərabər tanınmış dizaynerlər Əhməd Gəray, Atıl Kutoğlu, Faruk Saraç da münsiflər arasında olub. Bundan əlavə onların sırasında “BG” moda evinin rəhbəri Paşa Gürsoy və “Merter” cəmiyyətinin sədri Yusuf Gecü da yer alıb.
Onu da əlavə edək ki, “Marter Moda 2015” müsabiqəsində 41 universitetdən 15 dizayner finala vəsiqə qazanıb. Final isə sentyabrın 10-da Türkiyədə baş tutacaq.