“Gangnam Style”a heykəl qoyulacaq
07 noyabr 2015 02:56 (UTC +04:00)

“Gangnam Style”a heykəl qoyulacaq

Bu ilin sonunda Cənubi Koreyanın paytaxtında “Gangnam Style” rəqsinə heykəl qoyulacaq. 



Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, PSY (Pak Çe San) tərəfindən oynanılan rəqsin çarpazlanmış əl elementi ölümsüzləşdiriləcək. 

 

 


Layihənin müəllifi heykəltəraş Xvanq Man-Seokdur. Seullular da heykəltəraşın ideyasını dəstəkləyərək, bunun məşhur turist obyektinə çevriləcəyi qənaətindədirlər.

 

 

 

Heykəl iri ticarət mərkəzi olan Kannamqu şəhərində ucaldılacaq. 

 



Qeyd edək ki, “Gangnam Style” mahnısı 2012-ci ildə dünya şöhrəti qazanıb. Mahnıya çəkilmiş klip “Youtube”da 2,4 milyard baxışla izlənilmə rekordu qırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319
avatar

Oxşar yazılar