Dünyaca məşhur avstraliyalı aktrisa Keyt Blançet açıqlaması ilə gündəmə gəlib.
Lent.az xəbər verir ki, 53 yaşlı aktrisa artıq kino sahəsində təqaüdə çıxdığını etiraf edib.
O, bildirib ki, “Tar” adlı filmə çəkilən zaman psixoloji və fiziki olaraq çox yorulub. Buna görə də təqaüdə çıxmaq istədiyini deyib. Həmçinin, Keyt dörd ildir uzaq qaldığı Avstraliyaya getmək, orada öz bağında bağbanlıq etmək istədiyini etiraf edib.
Qeyd edək ki, Keyt Blançet “The Curious Case of Benjamin Button”, “The lord of the rings”, “The Hobbit” və digər filmlərə çəkilib.