Tanınmış aparıcı ailəsi barədə nələr danışdı? - "Qüsurları örtürəm..."
30 yanvar 2023 17:20 (UTC +04:00)

Tanınmış aparıcı ailəsi barədə nələr danışdı? - "Qüsurları örtürəm..."

Kanal D ekranlarında yayımlanan “Gelinim mutfakda” proqramının aparıcısı Nursel Ergin şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, daim yüksək enerji və rəngarəng libaslarla tamaşaçı qarşısına çıxan gözəl aparıcı gündəlik həyatında sadə geyimlərə üstünlük verdiyini bildirib.

“Gündəlik makiyaj etməyi sevmirəm. Yüngülvari tonal kremlərlə üzümdəki qüsurları örtürəm. Ekranda çıxarkən geydiyi rəngarəng libasları gündəlik  həyatımda əsla geyinmirəm. Kiloma diqqət edirəm. Hazırda 46 kiloyam. Ən çox diqqət etdiyim şey artıq çəkidir. Kilomu qorumaq üçün çoxlu su içirəm, idman edirəm. Məncə bu səhhətimə müsbət təsir edir” deyən aparıcı əlavə edib ki, köpək bəsləyir və hər gün onu gəzməyə çıxarması həyatına aktivlik qatır. 

Əri ilə münasibətləri barədə danışan aparıcı “Allah hər kəsə mənimki qədər xoşbəxt ailə qismət eləsin. Ərim Murada çox aşiqəm, hətta bu il ona ən çox aşiq olduğum ildir” deyib. 

“Ondan mənə haqqını halal etməsini istəyirəm. Çünki çox əziyyətimizi çəkir. Bir dəfə qaşqabaq tökdüyünü görmədim. “Gelinim mutfakda” proqramı ilə işim daha da artdı, amma o daha çox dəstək göstərməyə başladı, ona görə Muradı bu il daha çox sevməyə başladım”- deyə Nursel Ergin söyləyib.

# 2535
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar