Mərhum müğənni Elçin Cəlilovun yaxın qohumu müğənni Vüqar Muradovun onu narkotik vasitələrə skripka ifaçısı Natiq Nuriyevin qurşandırdığını etiraf etməsi qalmaqala səbəb olub.
Lent.az xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişinə danışan Natiq Nuriyevin həyat yoldaşı yayılan xəbərlərə münasibət bildirib. Elnarə xanım deyib ki, yayılan söz-söhbət yalandır:
"Bir insana hörmət edə bilmirsinizsə, heç olmasa, pislik də etməyin. Bu cür yaşlı, heç kimlə işi olmayan bir insana bu dərəcədə pislik etmək olmaz. Dünəndən Natiq bəyə görə təcili tibbi yardım çağırmışıq. Ona nəsə olsa, kim cavab verəcək? Hamı deyir ki, efirdə ad açıqlanmayıb. Düzdür, hamı özünü sığortalayır. Ancaq bu söz-söhbət yalandır. Natiqlə Elçinin arasında heç vaxt belə bir söhbət olmayıb. Ola da bilməz. Elçin Cəlilovun da qardaşı eyni şeydən rəhmətə gedib. Onlar ailəliklə belədirlərsə, bəlkə Elçin Natiqi o yola çəkib? Kim narkotikə alışdırırsa, narkotik satırsa, Allah onların bəlasını versin! Kim bu haqda bilib-bilmədən danışırsa, Allah onun da başına gətirsin".
Qeyd edək ki, yüksək dozadan dünyasını dəyişən müğənni Elçin Cəlilovu skripka ifaçısı Natiq Nuriyevin narkotikə alışdırması ilə bağlı xəbərlər ilk dəfə aparıcı Elgiz Əkbərin verilişində danışılıb.
Ətraflı videoda: