Müğənni Sevda Yahyayeva ana olub.
Lent.az xəbər verir ki, bu barədə o, öz “Instagram” hesabında paylaşım edib. İfaçının Ayla adlı qız uşağı olub. “Ana olmaq çox gözəl hissdir. Ayla 3 kiloqram çəkidə, 52 santimetr boyunda dünyamıza gəldi. Dünyamızı gözəlləşdirdi. İnşallah həmişə başımızın tacı olar”, - deyə, o, paylaşımında yazıb.
Qeyd edək ki, Sevda Yahyayeva ötən il həkim Zakir Bayramovla ailə qurub.