Azərbaycan müğənnisi Şəbnəm Tovuzlunun İrana səfər etməsi barədə xəbər vermişdik.
İki gündür İran mediası və bu ölkənin sosial şəbəkə istifadəçiləri Şəbnəm Tovuzlunun İran səfəri ilə bağlı müxtəlif paylaşımlar edirlər.
SEPAH-a məxsus teleqram kanalları isə Azərbaycan müğənnisi Şəbnəm Tovuzlunun İrana səfərini siyasiləşdirməyə cəhd edir.
Lent.az "MOUZE"yə istinadən xəbər verir ki, bu barədə "Təbriz-Turan" TV məlumat yayıb.
Qeyd olunur ki, SEPAH-ın iddiasına görə, Şəbnəm Tovuzlu İrana kəşfiyyata gəlib: "Azərbaycan Respublikası kəşfiyyatçılarından birinin həyat yoldaşı olan azərbaycanlı müğənni Şəbnəm Tovuzlu İrana səfər edib və Qum və Məşhədə gedib".