Dünya ulduzu Rihanna 7 illik fasilədən sonra yenidən səhnəyə qayıdır.
Lent.az xəbər verir ki, müğənni hər il keçirilən “Super Bowl” şousunda çıxış edəcək. Onun hazırda çıxış üçün məşqlərə başladığı bildirilir.
Məlumata görə, sənətçi əvvəlcə şouda iştirakdan imtina etmək istəsə də, sonradan təklifi qəbul edib. Deyilənlərə görə, 3 ay əvvəl övladı dünyaya gələn Rihannanı səhnəyə qayıtmağa həvəsləndirən də oğludur.
Müğənni, həmçinin yeni doğulmuş körpəsi haqqında da danışıb:
“Allahım, səhərlər onun üzünü görmək necə də gözəldir. Uşaqlar oyandıqdan sonra ilk harada olduqlarını anlamağa çalışırlar. Bu çox təsirli bir andır. Bu ən şirin günün ən sevimli hissəsidir”, - deyə müğənni deyib.
Qeyd edək ki, Rihanna 7 ilə yaxın müddətdir ki, səhnələrdən uzaq idi.