Amerikalı model və aktrisa Emili Ratakovski birdən-birə 45 kiloqrama qədər arıqlayıb.
Lent.az xəbər verir ki, bu barədə o “High Low”-a müsahibəsində danışıb.
Aktrisa sürətli arıqlamasının səbəbini əsəb gərginliyi ilə əlaqələndirib.
“Mən bu yaxınlarda 45 kiloqrama qədər arıqladım. Bu çox qorxulu idi. Amma indi mənim üçün oyunun qaydaları dəyişib. Çəkilərimi geri aldım və yenidən xoşbəxtəm”, - deyə o bildirib.