"Toylar kralı" titulu ilə tanınan müğənni Manaf Ağayev efirdə müzakirələrə səbəb olacaq açıqlama verib.
Lent.az xəbər verir ki, o, "Elgizlə izlə" verilişində həyat yoldaşı ilə ailə qurmasından söhbət açıb. O, 21 yaşında sevdiyi xanımı qaçırmasından da danışıb:
"21 yaşımda evlənmişəm. Deyirlər ki, tez ailə quranla, yuxudan tez ayılan uduzmaz. Sevgi başımızı dağıdırdı. Əslində, biz nişanlanmaq istəyirdik. Qızın ailəsi icazə vermirdi evlənməyimizə. Mən də götürüb qaçırdım. Kənd yeri idi, dava-dalaş düşdü. İndi nəsillərində ən sevdikləri adamlardan biriyəm".
Aparıcı Elgizin Manafın fikirlərinə "İstəməsinlər? İstedad səndə, pul səndə" deməsi tamaşaçıların gülüşünə səbəb olub.
Qeyd edək ki, Manaf Ağayevin iki oğlü, bir qızı var.