Hollivud aktrisası kinodan getdi, görün, NƏLƏR DANIŞDI?
10 fevral 2023 16:08 (UTC +04:00)

Hollivud aktrisası kinodan getdi, görün, NƏLƏR DANIŞDI?

Məşhur amerikalı aktrisa Kristina Eplqeyt kino karyerasını bu il bitirəcəyini açıqlayıb. 

Lent.az xəbər verir ki, o, bu barədə "Los-Anceles Times" qəzetinə müsahibəsində deyib.

Aktrisa fevralın 26- da keçiriləcək "SAG" mükafatlandırma mərasiminin onun karyerasında sonuncu olacağını açıqlayıb:

"Bu, yəqin ki, aktrisa kimi son mükafatlandırma mərasimim olacaq. Bu, əla bir şeydir. İndi səhər saat 5-də durub, çəkiliş meydançasında 12-14 saat vaxt keçirməyi təsəvvür edə bilmirəm".

Qeyd edək ki, Kristina Eplqeyt dağınıq skleroz xəstəliyinə görə karyerasını bitirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3518

Oxşar yazılar