Camala Zelenski ilə  GÖRÜŞDÜ:   "Ukrayna tezliklə zəfər qazanacaq"
30 noyabr 2022 14:51 (UTC +04:00)

Camala Zelenski ilə GÖRÜŞDÜ: "Ukrayna tezliklə zəfər qazanacaq"

Tanınmış ukraynalı müğənni Camala Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Lent.az xəbər verir ki, bu barədə ifaçı "Facebook" hesabında paylaşım edib. Camala bildirib ki, Ukrayna tezliklə zəfər qazanacaq:

"ABŞ-a getməzdən əvvəl mənim üçün cəsarət və qətiyyət nümunəsi olan ölkəmizin rəhbəri ilə görüşmək şərəfinə nail oldum. Bugünkü görüşə və söhbətə görə təşəkkür edirəm, Vladimir Zelenski. Bu, mənim üçün vacib idi. Mən bir daha əmin oldum ki, mədəniyyət cəbhəsi Ukraynanın mübarizəsinin tərkib hissəsidir. Biz qalib gələnə və bütün ərazilərimizi geri alana qədər sizə müharibəni xatırladacağam. Bu cür görüşlər Krım və ölkəmizin hər santimetr ərazisi üçün daha da mübarizə aparmağa güc verir. Həqiqət arxamızdadır, hamımız eyni məqsədə, qələbəyə gedirik. ABŞ-da bizim haqqımızda danışıb mahnı oxuyacaqlar".

Qeyd edək ki, 2016-cı ildə keçirilən "Eurovision" mahnı müsabiqəsinin qalibi Camala Zelenskiyə imzaladığı afişanı hədiyyə edib. 

# 2208
avatar

Nigar Namiq

Oxşar yazılar

Konserti ləğv olan müğənni Azərin Lent.az-a DANIŞDI

Konserti ləğv olan müğənni Azərin Lent.az-a DANIŞDI

6 fevral 2023 , 16:18
Rəqsanənin konsertinin qiyməti  AÇIQLANDI:  12 manat...

Rəqsanənin konsertinin qiyməti AÇIQLANDI: 12 manat...

6 fevral 2023 , 15:18
Azərbaycanlı məşhurlar Türkiyədəki zəlzələ barədə NƏLƏR DEDİ?

Azərbaycanlı məşhurlar Türkiyədəki zəlzələ barədə NƏLƏR DEDİ?

6 fevral 2023 , 13:07
“Vücudumda hər yerim mükəmməldir” - Yıldız Tilbe

“Vücudumda hər yerim mükəmməldir” - Yıldız Tilbe

6 fevral 2023 , 11:47
Bülent Ersoy onu təhqir edən kafe sahibini  MƏHKƏMƏYƏ VERDİ  - FOTO

Bülent Ersoy onu təhqir edən kafe sahibini MƏHKƏMƏYƏ VERDİ - FOTO

6 fevral 2023 , 10:56
Hiss:  "Efirlərə çox çıxanda dəyərsizləşirsən"

Hiss: "Efirlərə çox çıxanda dəyərsizləşirsən"

4 fevral 2023 , 17:15
Aktrisa:  "Tünzalənin paltarını geyindim, Dilarə Əliyeva ağladı" - VİDEO

Aktrisa: "Tünzalənin paltarını geyindim, Dilarə Əliyeva ağladı" - VİDEO

4 fevral 2023 , 13:25
Bu da Nura Surinin estetiksiz  HALI - FOTO

Bu da Nura Surinin estetiksiz HALI - FOTO

4 fevral 2023 , 10:55