Azərbaycanlı tanınmışlar yardım toplayan bloqqerlərə OD PÜSKÜRDÜ
10 fevral 2023 15:30 (UTC +04:00)

Azərbaycanlı tanınmışlar yardım toplayan bloqqerlərə OD PÜSKÜRDÜ

Bir neçə gündür Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım üçün Bakıda aksiya keçirilir. Yardım aksiyasına bloqqerlər də qoşulublar. Ancaq cəmiyyətdə bu vəziyyətdən sui-istifadə edib, pul qazanmaq üçün insanları aldadan bloqqerlər də var. Onlar çox vaxt ifşa olunurlar.

Lent.az xəbər verir ki, müğənni Nadir Qafarzadə onlar haqqında tənqidi fikirlər səsləndirib. O, sosial şəbəkədə video paylaşaraq, həmin bloqqerlərin ünvanına bu sözləri deyib:

“Bəzi fırıldaqçılar var, kimisi bağını dəyişəcək, kimisi yeni maşın alacaq… Pulları mənimsəyəcəklər. Gözdən pərdə asmaq üçün az faizini köçürdürlər. Siz isə yardımlarınızı elə yerə edin ki, əziyyətiniz hədər getməsin. Yəni yardım ünvanına, Türkiyəyə çatsın”.

Lent.az-a açıqlama verən müğənni deyib ki, sözügedən bloqqerlərin əməllərini hər kəs görür:

“Xalqın gözü tərəzidir. Sözlərimə aydınlıq gətirməyə ehtiyac yoxdur. Həmin fırıldaqçılar müharibə vaxtında da, pandemiya dövründə də fəaliyyətdə idilər. Artıq insanlar ayılıb. Çox gözəl bilirlər ki, kimə inanmaq lazımdır, kimə isə yox. Allah hamının köməyi olsun”.

Məsələ ilə bağlı şairə Nazilə Səfərli də Lent.az-a danışıb. O, bildirib ki, yığılan pullarla özünə ev, maşın alanlar var:

“Nadirin fikirlərinə hörmətlə yanaşıram. Ancaq yardım toplayan şəxsin özü get-gedə müflisləşir. Belə insanları görmüşük. Yardımlar yığan şəxsin ürəyi böyük olur və birinə ürəyin yanır ki, ona kömək edir. Tutaq ki, bir insanın müalicəsinə 10 min manat lazımdır. Doqquz min manatı yığmısan, qalan hissəsini də evində nəsə satıb, o pulu tamamlayıb verəcəksən. 

Amma elələri də var ki, əvvəllər bir Nəsir idi, bir də Məmmədnəsir. Sonra evi, paltarlarının markaları dəyişir. Elələrini görmüşəm ki, villa alır özünə. Ola bilsin ki, sponsorları və s. var. Yəni yardım toplayan insan get-gedə varlananda düşünürlər ki, yardımdan yığdığı pullar ona çatır. Ona görə bu adam varlanır məgər?

Təbii ki, yardım toplayan insana da bir az pul qalmalıdır da. Məgər o, həyatda təmənnasız yaşayır? Onun da ailəsi, öz həyatı var. İşini-gücünü atıb, insanlara kömək edirsə, müəyyən miqdarda o da bundan pul götürməlidir”. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4806
avatar

Nigar Namiq

Oxşar yazılar