"Jony" ləqəbli azərbaycanlı ifaçı Cahid Hüseynlinin Nijni-Novqorod şəhərində konserti olacaq.
Lent.az xəbər verir ki, bu barədə ifaçı öz sosial şəbəkə hesabında məlumat verib.
Noyabrın 19-a təyin olunan konsertə biletlərin qiyməti 2600-5000 rubl arasında dəyişir (təqribən 72-135 manat).
Məlumata görə, Nijni Novqorod şəhər administrasiyası həmin gün konsertlə əlaqədar idman sarayının yaxınlığında nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib.