Aktyor zəlzələni dəhşətli sözlərlə ifadə etdi:  “Qoxular burnumdan getmir..”
16 fevral 2023 10:28 (UTC +04:00)

Aktyor zəlzələni dəhşətli sözlərlə ifadə etdi: “Qoxular burnumdan getmir..”

0

“Survivor”da tanınan aktyor Hakan Hatipoğlu sosial media hesabında Antakyanın dağılmış küçələrini paylaşıb. 

Lent.az xəbər verir ki, aktyor yerlə-yeksan olmuş şəhəri bu sözlərlə ifadə edib: 

“Pisəm, hamımız pisik və çox pis vəziyyətdəyik. Ürəyimdə qalan ağrılar, ağlımdan çıxara bilmədiyim görüntülər, burnumdan getməyən qoxular var. Böyük bir fəlakət yaşadıq. Öyrənməli çox dərslər var... Səyahət etməyi xoşlayıram, ölkəmizdə 3 şəhər var ki, gəzib doya bilmirəm. Çanaqqala, Rizə və Hatay... Və o Hatay artıq yoxdur... Maraş, Antep, Adıyaman, Adana, Diyarbəkir, Osmaniye, Malatya...”. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3793

Oxşar yazılar