“Kalamar oyunu” serialının ulduzu O Yen Su təcavüzdə ittiham olunur.
Lent.az bildirir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.
İttiham tərəfinin fikrincə, 2017-ci ilin ortalarında “Qızıl qlobus”un qalibi qadının bədəninə nalayiq şəkildə toxunub. Cinsi qısnama qurbanı olduğu iddia edilən şəxs 2021-ci ilin dekabrında polislə əlaqə saxlayıb, lakin iş tezliklə bağlanıb.
Daha sonra zərərçəkmişin vəsatəti əsasında prokurorluq istintaqı bərpa edib.
78 yaşlı aktyor təcavüz iddialarını rədd edir.