"Şəkər kralı"nı öldürüb intihar etdi
08 iyun 2022 16:15 (UTC +04:00)

"Şəkər kralı"nı öldürüb intihar etdi

“ASB GK” holdinqin təsisçisi və baş direktoru, həm də “şəkər kralı” adlandırılan Yuri Xoxlov Rusiyanın Tambov vilayətində güllələnib.

Lent.az yerli mediaya istinadla bildirir ki, iş adamı kənd təsərrüfatına məxsus əkin sahələrinə şəxsən baxış keçirmək üçün helikopterlə Tambov vilayətinin Rudovka kəndinə gedib.

Məlumata görə, iş adamı Vladimir Levkin Yuri Xoxlovu bu torpaqların 150 hektarının mülkiyyətinə görə məhkəməyə verən Xoxlovun yerində gözləyirmiş.

Burada Levkin Xoxlovla qarşılaşıb və “Vepr” karabinindən ona atəş açaraq qaçıb. Nəticədə Xoxlov yerindəcə ölüb.

40 dəqiqə sonra Rudovkadan bir neçə kilometr aralıda yerləşən gölməçədə Levkinin də cəsədi tapılıb. Onun odlu silahla intihar etdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3339
avatar

Oxşar yazılar