Laurentsiu Regekampf
07 avqust 2022 19:32 (UTC +04:00)

Laurentsiu Regekampf

“Neftçi”nin baş məşqçisi: "Çox sevinirəm"

“Üç xal qazandığımız üçün çox sevinirəm. Bizim üçün çətin dövrdür”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının I turunun “Şamaxı” ilə səfər oyunundan sonra mətbuat konfransına qatılıb. O, Azərbaycan çempionatındakı debüt görüşü barədə fikirlərini açıqlayıb: “Bu gün start heyətində əsasən təcrübə qazanmalı olan oyunçulara şans verdik. Əsas düşüncəmiz Konfrans Liqasında mərhələ adlamaqdır. Meydança süni olduğu üçün zədələnməklərindən ehtiyatlanırdım. Üzücü olsa da, qapıçını itirdik. Ümid edirəm ki, tez qayıdacaq. İndi iki qapıçımız qalıb. Vəziyyət çətindir. Bütün oyunçuları qələbə münasibətilə təbrik edirəm. Bu, bizim “Rapid”lə görüş üçün planımıza uyğun idi. Çox vacib üç xal qazandıq”.

Mütəxəssis şans verdiyi gənclərin oyununa da toxunub: “Fasilə vaxtı futbolçulara dedim ki, özlərinə daha çox inanmalı, qapıya meylli olmalıdırlar. Çoxu gənc oyunçudur. İlk rəsmi matçlarıdır. Çox aqressiv idik. Topu itirdikdən sonra geri almağa çalışırdıq. Topa nəzarət də bizim tərəfdə idi. Düşünürəm ki, onlar oyundan oyuna daha yaxşı olacaqlar”.

Regekampf “Rapid”lə Vyanadakı görüşün heyəti və Mert Çelikin orda şans qazanması barədə sualı da cavablandırıb: “Avstriyada hansı heyətin oynayacağı barədə danışmaq istəmirəm. Mert Çelikdən də danışmayacam. Onun keyfiyyətlərini bilirdik, ona görə komandaya qayıtmasını istəyirdik. Bu gün bütün müdafiə xətti yaxşı oynadı. Biz Konfrans Liqasının qrupuna düşmək istəyirik. Buna görə bütün oyunçular oynamalıdır. Yeqor Boqomolski bu gün çox qaçdı. Onun üçün də ilk rəsmi oyun idi. Mənim fikrimcə qaçdı, mübarizə apardı. Son saniyədə nə qərar verəcəyini bilmədi. Həm zərbə, həm ötürmə istədi. Gənc oyunçudur, döyüşçüdür və vaxtı var ki, öz formasını yığsın”.

Mütəxəssis zədələnən qapıçı Aqil Məmmədovun durumunun hələ qeyri-müəyyən olduğunu bildirib: “Onun durumunu tam bilmirəm. Xəstəxanaya getdikdən sonra müayinə nəticəsində tam dəqiqləşəcək. İndi onun durumu yaxşı görünmür”.

Qeyd edək ki, “Neftçi” Şamaxıdakı matçda 1:0 hesabı ilə qələbə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2616
avatar

Oxşar yazılar

Mbappe bu il bütün oyunları buraxacaq   - SƏBƏB

Mbappe bu il bütün oyunları buraxacaq - SƏBƏB

11 dekabr 2024 , 11:58
Messi Bakıda - VİDEO

Messi Bakıda - VİDEO

11 dekabr 2024 , 09:35
"Liverpul"un keçmiş oyunçusu Macarıstan klubuna  keçdi

"Liverpul"un keçmiş oyunçusu Macarıstan klubuna keçdi

10 dekabr 2024 , 19:07
"Mançester Yunayted" Reşfordu tezliklə satmağa çalışır  - SƏBƏB

"Mançester Yunayted" Reşfordu tezliklə satmağa çalışır - SƏBƏB

10 dekabr 2024 , 17:49
"Bayer" Arda Güləri  almaq istəyir

"Bayer" Arda Güləri almaq istəyir

10 dekabr 2024 , 15:13
Nani futbolla vidalaşdı

Nani futbolla vidalaşdı

10 dekabr 2024 , 11:58
Messi onu ən çox qəzəbləndirən futbolçunun adını çəkdi

Messi onu ən çox qəzəbləndirən futbolçunun adını çəkdi

10 dekabr 2024 , 09:35
Ancelotti Arda Gülərlə bağlı  iddialara son qoydu

Ancelotti Arda Gülərlə bağlı iddialara son qoydu

10 dekabr 2024 , 04:37