Fransa millisinin heyətində 2018-ci ilin dünya çempionu Florian Toven karyerasını İtaliya çempionatında davam etdirəcək.
Lent.az bildirir ki, 30 yaşlı futbolçu "Udineze"yə keçib.
İtaliya klubunun mətbuat xidmətindən verilən məlumata görə, onun müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.
Tovenin son klubu, yanvarın 23-də müqaviləni ləğv etdiyi Meksikanın “Tiqres”i olub.