Daxili İşlər Nazirliyi dünən Qobustan qəsəbəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 6-da saat 12 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Fazil Hüseynəliyevin evinin hamam otağında yanğın baş verib. Yanğın söndürüldükdən sonra onun 3 yaşlı oğlu Sərxanın yanmış meyiti tapılıb.
Araşdırma aparılır.