Bakı Metropoliteninin bir qrup işçisi “Tərəqqi” medalı ilə təltif edilib
07 noyabr 2016 19:42 (UTC +04:00)

Bakı Metropoliteninin bir qrup işçisi “Tərəqqi” medalı ilə təltif edilib

 

Prezident İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

 

Əsgərov İntizar Polad oğlu

Həşimov Böyükağa Həsənqulu oğlu

İsmayılov Elçin Əlpaşa oğlu

Kazımov Naqib Müslüm oğlu

Mehdiyev Vaqif Ağarəhim oğlu

Məmmədov Elxan Mustafa oğlu

Məmmədov Xanlar Məhərrəm oğlu

Yusifov Sadəddin Nurəddin oğlu

Yusupov Rəşid Hafis oğlu.

 

Bundan başqa, prezident İlham Əliyev Yusif Hümmət oğlu Davıdovun “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imlzayıb. Sərəncama əsasən Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətinə görə Yusif Hümmət oğlu Davıdova “Əməkdar mühəndis” fəxri adı verilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Oxşar yazılar