Gömrükdə külli miqdarda dərman preparatı aşkarlandı
25 oktyabr 2016 10:59 (UTC +04:00)

Gömrükdə külli miqdarda dərman preparatı aşkarlandı

0

 

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn, Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 20 flakon “Kalsiy Folinat”, 9 flakon “Citozar”, 6 flakon “Docetaxel AqVid “, 20 flakon “Gemcitabin”, 98 flakon “Ciklofosfan”, 9 flakon “Docetaxel Accord”, 30 flakon “Oxaliplatin”, 30 flakon “Oncosid” və hər birində 5 ampula olmaqla 6 qutu “Oncofluor”  dərman preparatları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar