Sərhəddə külli miqdarda rus rublu aşkarlandı
25 oktyabr 2016 10:07 (UTC +04:00)

Sərhəddə külli miqdarda rus rublu aşkarlandı

0

Oktyabrın 23-də “Şıxlı” sərhəd nəzarət məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana gedən AR vətəndaşı, Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-CH-370 nömrəli avtomaşına sərhəd baxışı keçirilib.

 

Lent.az-ın Dövlət Sərhəd Xidmətinin saytına istinadən verdiyi məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3 219 600 rus rublu Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.  

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar