Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Bakı Sərnişin Nəqliyyatının müfəttişləri paytaxt Bakıda genişmiqyaslı reydlərə start verib. Lent.az-ın verdiyi məlumata görə, reydlər avtobusların dayanacaqlardan kənar yerlərdə saxlanmasının qarşısının alınması, həmçinin taksilərin dayanacaqları zəbt etməsinin aradan qaldırılması məqsədilə, qanunsuz sərnişin daşıyan taksi və avtobus, kateqoriyasız sürücülük vəsiqəsi olan sürücülərə qarşı keçirilir.