[b]Piyadanı vurub öldürən sürücü qaçdı [/b]
08 noyabr 2016 05:38 (UTC +04:00)

[b]Piyadanı vurub öldürən sürücü qaçdı [/b]

Ağdamda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Xındırıstan  kəndində baş verib.

 

“Mercedes” markalı  yük avtomobili yolu keçən piyadanı, 1971-ci il təvəllüdlü Həsənov Bəhrəm Qara oğlunu vuraraq hadisə yerindən qaçıb. 

 

B.Həsənov aldığı yaralardan dünyasını dəyişib.

 

Hazırda polis sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar