Ağdam rayonunda məcburi köckünlərin məskunlaşdığı qəsəbədə ilan sürüsü evlərdən birinə hücüm çəkib.
Lent.az “report”-a istinadən xəbər verir ki, hadisə rayonun 4 yol 1 qəsəbəsi, ev 3 ünvanında baş verib.
Belə ki, rayon sakini Sevil Həsənovaya məxsus fərdi yaşayış evinə çoxlu sayda ilan girib. Ev sahibinin sözlərinə görə, müxtəlif ölçüdə olan ilanlar ən çox azyaşlılar üçün təhlükəlidir:
“Son günlər evin həyətində bir neçə ilan öldürsək də, yenə də evdə ilanlar görünür”.
Qəsəbə sakinlərinin sözlərinə görə, ümumiyyətlə, son vaxtlar ərazidə sürünənlərin sayı çoxalıb. Havaların isti keçdiyi vaxtlarda həyətyanı sahələrdə ilanlara rast gəlinib. Ancaq qış fəslində heç vaxt sürünənlər görünməyib.
Ağdam rayonu Gigiyena və Epidemiologiya Mərkəzindən bildiriblər ki, hələlik onlara sürünənlərin hücumu ilə bağlı məlumat daxil olmayıb:
“Qəsəbədən belə bir müraciət daxil olarsa, mərkəzin əməkdaşları tərəfindən hadisənin baş verdiyi ərazi xlor məhlulu ilə dərmanlanacaq”.