“Qəbələ” yenə baş məşqçisiz qaldı
06 noyabr 2016 15:14 (UTC +04:00)

“Qəbələ” yenə baş məşqçisiz qaldı

Topaz Premyer Liqasının XI turu çərçivəsində baş tutan AZAL – “Qəbələ” oyunu qalmaqalla başlayıb. Apasport.az saytının məlumatına görə, görüşün 11-ci dəqiqəsində “təyyarəçilər”in oyunçusu İlqar Ələkbərovun Ozobiçə qarşı kobud oynaması aranı qatıb.

Belə ki, sərt oyuna kənardan eyni şəkildə reaksiya verən qonaqların baş məşqçisi Roman Qriorçuk hakimdən vərəqə tələb edib. Matçın baş hakimi İnqilab Məmmədov isə oyunçuya sarı vərəqə göstərməklə bərabər, ukraynalı məşqçiyə də xəbərdarlıq edib.

Ancaq hadisələr bununla da yekunlaşmayıb. İnstidentin üstündən 3 dəqiqə keçmiş bu dəfə iki rəqib baş məşqçi arasında şifahi münaqişə yaranıb. Belə ki, öz oyunçularına "vurun", "sındırın" kimi göstərişlər verən Əhmədovun bu sözləri Qriqorçuku əsəbləşdirib. Rəqib həmkarına sənə yaraşmaz belə tapşırıqlar deyən ukraynalı cavabını söyüşlə alıb. Qarşılıqlı şəkildə bir-birinə kobud sözlər və söyüşlər yağdıran Qriqorçukla Tərlan Əhmədovun mübahisəsi yekunda ukraynalının tribunaya göndərilməsi ilə nəticələnib.

Matçın davamında da Tərlan Əhmədovun aqressivliyi və tez-tez kobud sözlər işlətməsi müşahidə olunur.

Qeyd edək ki, Roman Qriqorçuk Avroliqanın qrup mərhələsində “Sent-Etyen”lə oyunda da meydandan kənarlaşdırılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197
avatar

ApaSport TV

Oxşar yazılar