Sentyabrın 25-də Ermənistanla Yunanıstan arasında 2014-cü il üçün hərbi əməkdaşlığa dair proqrammı imzalanıb. Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, proqram çərçivəsində hərbi təlim, təhsil nəzərdə tutulub.
Sənəd Yunanıstanın milli müdafiə baş qərargahının rəisi generala Mixail Kostarakosun İrəvana səfəri zamanı imzalanıb.
Yunan general Ermənistanın prezidenti Serj Sarksiyan və ölkə silahlı qüvvələri baş qərargahının rəisi Yuri Xaçatryanla görüşüb.
Y.Xaçatryan bildirib ki, 2014-cü il proqramı çərçivəsində 10 hərbi tədbirin keçirilməsi nəzərdə tutulub.
M.Kostarakos öz növbəsində bu əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayıb : «Bunun əsasında tarixi əməkdaşlıq durur».
Yunan generala ermənilərini uydurma tarixi üçün abidəyə gül qoyub. Sonra ermənilərin baş keşişi II Qargenlə görüşüb.