Ukraynanın cənub-şərqində döyüş əməliyyatları nəticəsində 550 mindən çox insan içməli susuz qalıb.
APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin hesabatında bildirilir.
Su çatışmazlığından ən çox Avdeyvka, Debaltsevo, Dzerjinsk, Novotroyitsk, Krasnoqorovka və Krasnoarmeysk yaşayış məntəqələri əziyyət çəkir.
Qeyd edək ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesablamalarına görə, 2014-cü ilin aprelindən bəri Ukraynanın şərqində silahlı qarşıdurma nəticəsində 5 600 nəfərdən çox insan həyatını itirib.