«Ukraynanın Avropaya intreqrasiyaya cəhd göstərməsi, ölkəmizin inkişafının təyinedici vektorudur». Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bunu Ukraynanın prezidenti Viktor Yanukoviç bəyan edib.
«İnanıram ki, bu ilin noyabrında Ukrayanı ilə Avropa Birliyi arasında assosiasiya haqqında imzalanacaq Müqavilənin ölkə vətəndaşlarının rifahını yaxşılaşdıracaq» -deyə, Ukrayna lideri BMT Baş Assambleyasındakı çıxışında söyləyib.