Dağıstanın Xasavyurt şəhərində naməlum şəxslər ərzaq dükanında bomba partladıblar.
Lent.az-ın «İnterfaks-yuq»-a istinadən məlumatına görə, partlayış nəticəsində xəsarət alan olmayıb.
Mənbə bildirib ki, olay şəhərin Datuyev küçəsində «Premera» mağazasında gecə saatlarında baş verib.
«Üç nəfər maskalı dükana daxil olub, partlayıcını piştaxtanın üstünə qoyduqdan sonra satıcını küçəyə çıxarıb. Bunun ardınca mağaza partlayaraq, yanıb. Basqınçılar gizlənib. Xəsarət alan yoxdur» - deyə, Dağıstan DİN-in mətbuat xidməti bildirib.