Dağıstanın Xasavyurt şəhərində baş vermiş silahlı olay nəticəsində bir polis əməkdaşı və yoldan keçən qadın yaralanıb, cinayətkar isə öldürülüb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, atışma polis patrulu saxlanılmış avtomobilin sürücüsünün sənədlərini yoxlayarkən baş verib.
«Sürücü polis əməkdaşlarına tapançadan atəş açıb və cavab atəşi ilə öldürülüb. Atışma nəticəsində bir polis əməkdaşı və təsadüfi yoldan keçən qadın yaralanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib» - deyə, mənbə bildirib.