Venesuela hakimiyyəti tualet kağızı istehsal edən fabrikləri milliləşdirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Milli Qvardiya Araqua ştatındakı Manpa zavodunu mühasirəyə alıb. Zabitlərə bu kağızların istehsalı və tədarükünü nəzarət götürüb.
Ticarət naziri Aleksandr Fleminq jurnalistlərə bildirib ki, fabrikin «işğalı» müvəqqəti haldır və Venesuela qanunlarına uyğun həyata keçirilib.
Mənbə xatırladıb ki, ölkədə tualet kağızının çatışmazlığı bu ilin mayından başlayıb.
Cari həftə ərzində Venesuela hakimiyyəti 50 milyon bağlama bu kağızdan idxal edib.
Budan başqa ölkədə gündəlik tələbat mallarının qıtlığı yaranıb. Müxalifət belə vəziyyətin yaranmasında hakimiyyəti suçlayır. Hakimiyyət isə bunun tələbatda yaranmış ajiotajla əlaqələndirib. Bəhs etdiyimiz kağızla yanaşı Venesuelada diş xəmiri və dezodorant çatışmazlığı da yaşanır.