Türkiyədə ağır yol qəzası olub. Lent. az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, ölkənin Düzcə vilayətində furqon və yük maşının toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Qəzada beş nəfər ölüb və daha üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıblar.
Hüquq-mühafizə orqanlarından verilən məlumatda qeyd olunur ki, avtomobillərin toqquşmasına səbəb qatı duman olub.