Dağıstanın Tabasaran rayonunda avtomobilin partladılması nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda Respublika Prokurorluğu açıqlama yayıb.
Mənbə bildirib ki, həlak olanların arasında dinc sakinlər də var.
Sentyabrın 23-də partlayış rayonun Xuçin kəndində rayon polis bölməsinin yaxınlığında baş verib.
Bomba 70 kiloqramlıq trotil gücündə olub.
«Partlayış nəticəsində Tabarsaran rayonunun polis əməkdaşı həlak olub. Çeşidli dərəcəli ağır yaralarla 14 polis əməkdaşı və iki mülki şəxs xəstəxanya yerləşdirilib» -deyə, prokurorluğun bəyanatında bildirilib.