ABŞ-ın San-Franisko şəhər sakini sosial şəbəkələrdə özünün fantastik fotolarını paylaşıb. Özünü “Mr Incredibeard” (“inanılmaz saqqallı cənab”) adlandıran 29 yaşlı bu oğlanın adı İsaya Vöbbdür.
15 yaşından üzünü qırxmağa başlayan Vöbb saqqalını uzatmağa 18 ay əvvəl başlayıb. Nəticədə saqqalından sənət əsəri hazırlayıb.
“Mənim ağlıma müxtəlif saqqal formaları gəlir. Bu ideyaya həyat yoldaşım can verib. O olmasaydı “İnanılmaz saqqal” da olmazdı” , - deyə sosial şəbəkələrdə qeyd edib.
Lent.az inanılmaz saqqallı cənabın fotolarını təqdim edir.