Rusiyanın Ermənistandakı hərbi bazasının şəxsi heyəti artır
26 sentyabr 2013 15:17 (UTC +04:00)

Rusiyanın Ermənistandakı hərbi bazasının şəxsi heyəti artır

Rusiya Ermənistandakı hərbi bazasının şəxsi heyətinin sayını artırmaq qərarına gəlib.


 

APA-nın xəbərinə görə, bu barədə Ermənistanda nəşr olunan “Aykakan Jamanak” qəzeti məlumat yayıb.

 

Qəzet yazıb ki, yaxın vaxtlarda Ermənistana öz ailələri ilə birlikdə çoxlu sayda Rusiya hərbçisi gələcək. Onların ümumi sayı 3 minə yaxın olacaq. Hərbçilər Gümrüdə yerləşən 102 saylı Rusiya hərbi bazasında xidmət edəcəklər.

 

Ermənistan Müdafiə Nazirliyindən bu xəbəri nə təkzib, nə də təsdiq ediblər.

 

Gümrüdə isə rusiyalıların gəlişinə hazırlıq başlayıb. Şəhərin “vosmoy qorodok” kimi tanınan və əsasən Rusiya hərbçilərinin məskunlaşdığı 8-ci kvartalında yaşayan onlarla erməni ailəsi başqa yerə köçürülür. 

 

Qeyd edək ki, 102 saylı hərbi baza MDB-nin birləşmiş Hava Hücumundan Müdafiə sistemi çərçivəsində fəaliyyət göstərir. 2010-cu ildə Ermənistanla Rusiya arasında imzalanan müqaviləyə əsasən bazanın dislokasiya müddəti 2044-cü ilə qədər uzadılıb. Baza C-300 zenit-raket kompleksi və MiQ-29 qırıcı təyyarələri ilə təchiz edilib. Bazanın şəxsi heyətinin sayı 5 minə yaxındır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662
avatar

Oxşar yazılar