Rusiyada saxta pul hazırlayan dəstənin başçısı erməni çıxdı
19 oktyabr 2013 13:26 (UTC +04:00)

Rusiyada saxta pul hazırlayan dəstənin başçısı erməni çıxdı

Rusiyada saxta 1000 və 5000 rubl hazırlayan 5 nəfərdən ibarət dəstə ifşa olunub.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dəstə üzvləri Ermənistan və Dağıstan əsillidirlər.

 

Dəstənin rəhbəri Rusiya vətəndaşı olan və Moskva ətrafında yaşayan erməni əsilli şəxsdir. Hüquq-mühafizə orqanları bu şəxsin hələ 2010-cu ilin fevralından saxta pul nişanlarının hazırlanmasını təşkil etdiyini ehtimal edirlər. Saxta pul nişanları Moskva və Moskva ətrafındakı Çexovda hazırlanıb, daha sonra isə Rusiyanın digər şəhərlərində yayılması təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998
avatar

Oxşar yazılar