Uzun müddət sonra Rusiya nəhayət, İranın sifarişini yerinə yetirib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Buşəhr Atom Elektrik Stansiyasının birinci bloku istismara verilib.
Bu AES-in tikintisinə 1975-ci ildə başlanılıb. İranda baş vermiş olaylardan, özəlliklə 1979-cu il inqilabı və İraqla savaşdan sonra Tehran hakimiyyəti yenidən bu proqrama qayıdıb. 1990-cı illərin ortalarınadək bu proqram dondurulmuş vəziyyətdə olub. 1995-ci ildən sonra Rusiya həmin layihəni yerinə yetirməyə başlayıb.