Rusiya da Suriyaya güc tətbiqinə razılıq verə bilər
24 sentyabr 2013 02:40 (UTC +04:00)

Rusiya da Suriyaya güc tətbiqinə razılıq verə bilər

BMT-nin Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnaməyə güc və kəskin sanksiyalar tətbiq edilməsini nəzərdə tutan bənd salına bilər.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

 

O, qeyd edib ki, bu, yalnız  kimyəvi silahlar barədə razılaşmanın pozulacağı halda mümkün ola bilər.

 

Ryabkov bu həftə TŞ-da qətnamə ilə bağlı razılığa gəlinəcəyinə ümidlə yanaşdığını qeyd edib.

O, BMT-nin müfəttişlərinin  araşdırmanı davam etdirmək üçün sentyabrın 25-də Dəməşqə dönəcəklərini də vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama BMT-nini Baş Assambleyasındakı çıxışında vqustun 21-də Dəməşq ətrafında gedən döyüşdə Bəşar Əsəd rejiminin kimyəvi silah işlətdiyini bir daha qeyd edib.


Onu da yada salaq ki, bu günlərdə Rusiya prezident administrasiyasının rəhbəri Sergey İvanov «əgər Bəşar Əsəd kimyəvi silahın təhvil verilməsi ilə bağlı dələduzluq edərsə biz onu müdafiə etməyəcəyik» -demişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

Oxşar yazılar