Ruhani ABŞ-la danışıqlara hazırdır
27 sentyabr 2013 01:34 (UTC +04:00)

Ruhani ABŞ-la danışıqlara hazırdır

İran hökumət başçısı Həsən Ruhani ABŞ-ın dövlət lideri Barak Obama ilə görüşə hazır olduğunu bildirib. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, «CBS» telekanalına müsahibəsində deyib ki, bunun üçün hazırlıq işləri görülməlidir. «Əgər vaxtımız olsa idi (Baş Assambleyanın nəzərdə tutur-red), belə görüşün keçirilməsi üçün bütün əngəlləri aradan qaldırardıq»-deyə, Həsən Ruhani bildirib.

 

İran İslam Respublikasının ikinci şəxsi qeyd edib ki, 35 ilə yaxındır iki dövlətin rəhbərləri arasında diplomatik münasibətlər kəsilib: «İndi bu vacibdir. Ancaq görüşün nəticəsi olmalıdır. Ona görə də ABŞ və İran  arasında yüksək səviyyəli ilk görüşün müsbət nəticələr verməsi üçün bütün gücümüzü səfərbər etməliyik».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar