Qvardiyaçılardan Ruhaniyə xəbərdarlıq
22 sentyabr 2013 07:51 (UTC +04:00)

Qvardiyaçılardan Ruhaniyə xəbərdarlıq

İran İslam İnqilab Keşikçiləri Qvardiyası ölkə prezidenti Həsən Ruhaniyə müraciət edərək, onu ABŞ-la gözlənilən danışıqlarda ehtiyatlı olmağa çağırıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, İrandakı rejimin dayağı sayılan bu siyasi-zərbi qüvvənin müraciəti Ruhaninin Nyu-Yorka BMT-nin Baş Assambleyasında iştirak üçün getməzdən bir gün öncə yayılıb.

 

Qvardiyaçılar prezidenti «Ağ Evin dolaşıq və məkrli» şəbəkəsinə düşməməyə çağırıblar.

 

 

Bir müddət öncə ABŞ administrasiyası Ruhani ilə BMT-nin tədbiri çərçivəsində danışıqlara aparmağa hazır olduğunu bildirmişdi.

 

Xatırladaq ki, qvardiya 1979-cu ildə yaranıb. Bu hərbi təşkilatın üzvləri ayətulla Xomeyni tərəfdarlarından ibarətdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1406
avatar

Oxşar yazılar