Britaniya kraliçası Yelizabet pakistanlı gənc qız Məlala Yusifzai Bukinhem sarayında qəbul edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Pakistanda gənc qızların təhsil alması uğrunda mübarizə aparan 16 yaşlı Yusifzai Avropa Parlamentinin insan haqları üzrə təsis etdiyi Saxarov mükafatını alıb və Nobel sülh mükafatına namizədlərdəndir.
2012-ci ildə Malala məktəbə gedərkən taliban tərəfindən başından güllə ilə vurulub və Britaniyada müalicə olunub. Taliban onu öldürəcəyi ilə hədələyir.