Pakistanda zəlzələ qurbanlarının sayı artır
25 sentyabr 2013 09:57 (UTC +04:00)

Pakistanda zəlzələ qurbanlarının sayı artır

Dünən Pakistanın Bəlucistan əyalətində baş verən 7,7 bal gücündə zəlzələ dağıntı və tələfata yol açıb.

Lent.az-ın İTAP-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin sayı 208 nəfərə çatıb.

Dağıntılar altında hələ də çoxlu sayda insanın qaldığı ehtimal edilir. Bölgəyə xilasetmə briqadaları göndərilib, xilasetmə işləri aparılır. Zəlzələ ocağından 69 km uzaqlıqda yerləşən Avaran şəhərində daha çox dağıntı və tələfata səbəb olub.

Bu arada zəlzələ nəticəsində Ərəb dənizində kiçik ada yaranıb. Pakistan sahillərindəki adanın dəniz səviyyəsindən hündürlüyü 6-12 metr, eni 30 metrdir. Ada Pakistanın Qvadar limanından 90 metr uzaqlıqda yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812

Oxşar yazılar