Bu gecə Pakistanda dağıntılar altından 20 nəfərin cəsədi çıxarılıb.
Lent.az-ın “İTAP-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bununla da zəlzələ qurbanlarının sayı 348 nəfərə çatıb.
Pakistan hökuməti sentyabrın 24-də baş verən zəlzələ nəticəsində 20 mindən çox evin dağıldığını açıqlayıb. Dağıntılar altında hələ də çoxlu sayda insanın qaldığı ehtimal edilir. Xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, sentyabrın 24-də Pakistanın Bəlucistan əyalətində baş verən 7,7 bal gücündə zəlzələ dağıntı və tələfata yol açıb. Zəlzələ ocağından 69 km uzaqlıqda yerləşən Avaran şəhəri daha çox dağıntı və tələfata məruz qalıb.