Obama: «İranda rejimi dəyişməyə cəhd etmirik»
24 sentyabr 2013 20:34 (UTC +04:00)

Obama: «İranda rejimi dəyişməyə cəhd etmirik»

«ABŞ İranın atom silahı əldə etməsinə yol verməyəcək».Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu bəyanatı Ağ Evin indiki yiyəsi Barak Obama BMT Baş Assambleyasının sentyabrın 24-də keçirilən iclasında verib.

 

O, Tehran hakimiyyətini əmin edərək, bildirib: «ABŞ İranda rejimin dəyişməsinə cəhd etmir».

 

Barak Obama qeyd edib ki, kütləvi qırğın silahının İran lideri ayətullah Seyid Əli Xamneyinin fitvası ilə «yasaqlanması» və Mahmud Əhəmdinejadla müqayisədə yeni prezident Həsən Ruhaninin «daha mülayim» siyasi xətti həyata keçirməsi Tehranın nüvə proqramının tənzimlənməsinə əsas verir.

 

Bununla əlaqədar Obama bildirib ki, dövlət katibi Con Kerriyə «5+1» qrupundakı həmkarları ilə İranın nüvə proqrammı ətrafında yaranmış böhrandan dinc yolla çıxmağın mümkünlüyünü araşdırmağı tapşırıb: «Danışıqlar yolu yoxlanılmalıdır».

 

«İran rəhbərliyi indi şəffaflığı və yoxlamaları təmin etməlidir» -deyə, ABŞ lideri söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755
avatar

Oxşar yazılar