Oktyabrın 18-də cümə namazından sonra Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin minlərlə tərəfdarı yenə Qahirə küçələrinə çıxıb.
Lent.az-ın MENA agentliyinə istinadən verdiyi məlumata görə, aksiyaçılar Məhəmməd Mursinin postuna geri qaytarılmasını tələb edib, prezidenti devirən müdafiə naziri Abdel Fəttah əl-Sisinin əleyhinə şüarlar səsləndiriblər.
Aksiyaçılara atəş açılması nəticəsində Qahirənin cənubunda 1 nəfər yaralanıb. Aksiyalar Misirin digər şəhərlərində də keçirilib. Zaqaziq şəhərində də Məhəmməd Mursi tərəfdarları və əleyhdarları arasında baş verən toqquşma nəticəsində 4 nəfər yaralanıb. İsgəndəriyyə şəhərində kütləvi aksiya keçirən Məhəmməd Mursi tərəfdarlarına isə müdaxilə olmayıb.