Moldova həbsxanasında narkokuryer-pişik tutulub
19 oktyabr 2013 07:27 (UTC +04:00)

Moldova həbsxanasında narkokuryer-pişik tutulub

Moldova həbsxanasının gözətçiləri pişik tutub. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ondan həbsxananın içinə marixuana ötürülməsində istifadə edilirmiş.

 

Həbsxana hasarının altındakı dəlikdən keçərkən pişikdən şübhələniblər. Onun boynunda parlaq bənövşəyi yaxalıq olub. Axtarış zamanı məlum olub ki, yaxalığa iki paket marixuana bərkidilibmiş.

 

Müəssisə rəhbəri bildirib ki, pişikdən Prunkul kəndindəki qonşu həbsxanada narkokuryer kimi istifadə edilirmiş. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1000

Oxşar yazılar